Avropa
Bu ölkə veto qoydu, Ukrayna dəstəkdən MƏHRUM OLDU
Avrop İttifaqı sammitində Kiyevi dəstəkləyən bəyanat qəbul oluna bilmədi, sənəd Macarıstan tərəfindən bloklandı.
Publika.az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidmətinin yaydığı sənəddə deyilir.
“Avropa Şurası növbəti iclasında bu məsələni müzakirə etmək üçün qayıdacaq”, - bəyanatda deyilir.
Sənəddə həmçinin qeyd olunub ki, yekun bəyanat layihəsi Aİ-nin 27 ölkəsindən 26-sı tərəfindən qəti şəkildə dəstəklənib.
Bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban qeyd edib ki, NATO-nun Şimali Atlantika Alyansının üzvü olmadığı üçün Ukrayna ilə heç bir əlaqəsi yoxdur.
Orban həmçinin bildirib ki, Rusiya Avropa üçün təhlükə deyil. Onun fikrincə, əsas təhlükə rəqabət qabiliyyətinin itirilməsidir.
Bundan əlavə, Macarıstan Nazirlər Kabinetinin rəhbəri Macarıstan, ABŞ, Slovakiya və Türkiyənin Ukrayna Prezidenti Volodimir Zelenskini NATO sammitində görmək istəmədiyini də bildirib .
Hüseyn İbadlı
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO




































.jpg)



