Fransada “cinayətin uberizasiyası” - Sifarişli qətl xidməti fəaliyyətə başladı
Bizi izləyin

Avropa

Fransada “cinayətin uberizasiyası” - Sifarişli qətl xidməti fəaliyyətə başladı

Fransada “cinayətin uberizasiyası” - Sifarişli qətl xidməti fəaliyyətə başladı

Fransada "Telegram" messencerində fəaliyyət göstərən sifarişli qətl xidməti - "UberKills" peyda olub.

Publika.az xəbər verir ki, bu iddia ilə "Le Monde" qəzeti çıxış edib.

Artıq xidmət vasitəsilə ən azı bir qətlin törədildiyi iddia edilir.

Qeyd ediliub ki, bu ilin aprelində narkotik satıcısı Abdel Hakim B. Fransanın şərqindəki Vols-en-Velin şəhərində başından güllələnmişdi.

"UberKills" ilə yanaşı, ölkədə qida çatdırılması kimi maskalanan "UberShit" adlı narkotik kuryer xidməti də var.

Lyon polisi bu tendensiyanı “cinayətin uberizasiyası” adlandırıb.

Bundan əvvəl Fransada naməlum şəxslər küçə musiqisi festivalı zamanı 145 yeniyetməyə şprislər vurublar. Naməlum maddənin iynə ilə vurulması nəticəsində bir neçə zərərçəkən xəstəxanaya yerləşdirilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm