Makron Paşinyana erməni dilində DƏSTƏK VERDİ - “Azərbaycan və Türkiyə ilə...”
Bizi izləyin

Avropa

Makron Paşinyana erməni dilində DƏSTƏK VERDİ - “Azərbaycan və Türkiyə ilə...”

Makron Paşinyana erməni dilində DƏSTƏK VERDİ - “Azərbaycan və Türkiyə ilə...”

Fransa Prezidenti Emmanuel Makron erməni dilində Ermənistanın baş naziri Nikol Paşinyana dəstək ifadə edən paylaşım edib.

Publika.az xəbər verir ki, müvafiq paylaşım onun "X" sosial şəbəkəsində hesabında yayımlanıb.

"Ermənistanda demokratiyanın pozulmasına yönəlmiş cəhdlərə cavab olaraq, mən Fransanın həmrəyliyini ifadə etdim. Eyni zamanda onun Azərbaycanla sülhün təmin olunması və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətindəki cəsarətli səylərinə dəstəyimizi təsdiqlədim", - bu barədə Fransa Prezidenti ilə Ermənistan hökumət başçısı arasında telefon danışığından sonra yayımlanan paylaşımda deyilir.

Xatırladaq ki, iyunun 25-də Ermənistan İstintaq Komitəsi erməni apostol kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyana və onun tərəfdarlarına qarşı dövlət çevrilişi məqsədi ilə terror aktları hazırlamaqda ittiham edərək ittiham irəli sürüb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm