Avropa
İtaliyada yüzlərlə aviareys ləğv olundu
İtaliyada idarəetmə mərkəzində yaranan problem ölkənin şimal-qərbindəki hava limanlarında yüzlərlə aviareysin ləğvinə səbəb olub.
Publika.az xəbər verir ki, İtaliyanın hava nəqliyyatına cavabdeh olan “ENAV” şirkətinin Milandakı İdarəetmə Mərkəzinin məlumat ötürülməsi sistemindəki yavaşlama səbəbindən əməliyyatlar dayanıb. Milan, Berqamo, Turin və Genuya hava limanlarında ümumilikdə 320-dək təyyarənin qalxması və ya enişi dayandırılıb. Nəticədə hava limanlarında sərnişin sıxlığı yaranıb. Təyyarələrin bir çoxu paytaxt Romanın “Fiumicino” və “Ciampino” hava limanlarına yönləndirilib.
“ENAV” şirkətindən bildirilib ki, texniki-əməliyyat heyətinin vaxtında müdaxiləsi sayəsində problem həll olunub. Qısamüddətli fasilədən sonra ilk uçuşlar bərpa olunub. Ölkənin şimal-qərbində hava hərəkəti tam normal vəziyyətə qayıdıb.
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu

















.jpg)


















.jpg)



