Avropa
Quraqlıq, Trampın siyasəti: Avropanın nəhəng limanları ağzına qədər dolub
Donald Trampın qeyri-sabit gömrük siyasəti Avropada COVID-19 pandemiyasından sonra ən pis logistika pozulmasına səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Barjalar malları yükləmək üçün günlərlə gözləmək məcburiyyətində qalır, konteyner gəmiləri isə növbələrdə qalıb. Ən çox Rotterdam, Antverpen və Hamburq limanları zərər çəkib. Vəziyyətin ən azı bir neçə ay davam edəcəyi gözlənilir.
Niderlandın “WEC Lines” gəmiçilik şirkətinin baş icraçı direktoru Sezar Leykenar, "Bütün böyük mərkəzlər həddən artıq doludur" deyib.
“Euro-Rijn Group” (Niderland) logistika şirkətinin direktoru Albert van Ommen hesab edir ki, bu, pandemiyadan sonra limanların həddindən artıq yükləndiyi ilk ciddi pozuntudur.
Problemlər qlobal logistikaya daha bir zərbədir, hansı ki, əvvəllər şirkətlərə sabit tədarüklərə arxalanaraq minimal ehtiyatlar saxlamağa imkan verirdi.
“Contargo” (Almaniya) bildirir ki, barjlar Antverpendə orta hesabla 66 saat, Rotterdamda isə 77 saat yüklənmə gözləyir. Əvvəllər yükləmə ciddi qrafik əsasında aparılırdı.
Van Ommen əlavə edir: "Dəniz gəmiləri üç-beş gün gec gəlir və barjalar vaxtında yükləyə bilmir. Nəticədə istehlakçı malı gecikmə ilə alır".
Şirkətlər əsas səbəbləri qeyd ediblər:
Trampın rəhbərliyi altında ABŞ-ın tarif siyasətində kəskin dəyişikliklər, gəmiçilik xətlərini marşrutları dəyişməyə məcbur etdi;
Yazda quraqlıq olduğu üçün Reyn çayında aşağı su səviyyəsi, barja yüklənməsini məhdudlaşdırır;
Gəmiçilik şirkətləri arasında ittifaqların dayandırılması, xüsusən də “Maersk” (Danimarka) və MSC (İsveçrə) arasında əməkdaşlığa son qoyulması müvəqqəti xaos a səbəb olub.
Asiyadan Avropaya idxal axını da kəskin şəkildə artıb, çünki ABŞ-ın yüksək tarifləri Asiya şirkətlərini Avropa bazarına yönləndirməyə məcbur edib. Asiyadan Avropaya konteyner idxalı illik müqayisədə 7% artıb.
Tural
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu


















.jpg)

















.jpg)



