İtaliyada güclü zəlzələ oldu
Bizi izləyin

Avropa

İtaliyada güclü zəlzələ oldu

İtaliyada güclü zəlzələ oldu

İtaliyanın Neapol şəhəri yaxınlığındakı Kampi Fleqrey bölgəsində 4,6 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Məlumata görə, bu, bölgədə son 40 ildə qeydə alınan ən şiddətli yeraltı təkandır. Episentri Bakoli qəsəbəsi olan zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib. Bölgədə müxtəlif maqnitudalı ardıcıl yeraltı təkanlar olub.

Bölgədə qatarların hərəkəti müvəqqəti dayandırılıb. Zəlzələ Neapol şəhərində də hiss olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm