Avropa
Həmməruzəçi: "Fransada həbsxanalarda gəmiricilər, tarakanlar və taxtabitilər kütləvi yayılıb"
Fransadakı cəzaçəkmə müəssisələrində məhbus sıxlığı ölkənin həbsxana şəraiti ilə bağlı ciddi narahatlıqlar doğurur.
Publika.az "Report"a istinadla xəbər verir ki, bu barədə BMT İnsan hüquqları Ali Komissarlığının ofisində İşgəncələrə Qarşı Komitəsinin Fransa ilə bağlı toplantısında ölkə üzrə həmməruzəçi və ekspert Abderrazak Ruvane (Mr. Rouwane) deyib.
Komitə Fransanın İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın müddəalarına uyğun olaraq səkkizinci dövri hesabata baxılması prosesini başa çatdırıb.
Bildirilib ki, həbsxanalarda 79 mindən artıq məhkum saxlanıldığı halda, mövcud yerlərin sayı cəmi 61 mindir.
“Cəzaçəkmə müəssisələrində gəmiricilərin, tarakanların və taxtabitilərin kütləvi yayılması, sanitar şəraitin qeyri-qənaətbəxş olması və personal çatışmazlığı ilə bağlı məlumatlar var”, - A.Ruvane deyib.
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu

















.jpg)


















.jpg)



