Bu ölkədə Zelenski təhqir edildi: Səfir XİN-ə çağırıldı
Bizi izləyin

Avropa

Bu ölkədə Zelenski təhqir edildi: Səfir XİN-ə çağırıldı

Bu ölkədə Zelenski təhqir edildi: Səfir XİN-ə çağırıldı

Ukrayna Xarici İşlər Nazirliyi Macarıstanın səfiri Antal Heyzeri [lk’ prezidenti Zelenskinin təhqir edilməsinə və Kiyevi daxili siyasi mübarizəyə cəlb etməkdə ittiham edərək çağırıb.

Publika.az xəbər verir ki, bu barədə XİN-in “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

Diplomatlar vurğulayıblar ki, onlar Hayzeri Macarıstan tərəfinin qeyri-dost bəyanatları və təlxək kimi təqdim olunan Ukrayna prezidenti Vladimir Zelenskinin plakatlarının yayılması ilə əlaqədar dəvət ediblər.

“Ukrayna xarici işlər nazirinin müavini Aleksandr Mişşenko Macarıstanın Ukraynadakı səfiri Antal Heyzer ilə görüşündə vurğuladı ki, Ukrayna tərəfi üçün aydındır ki, Macarıstanda hakim siyasi qüvvələr Ukraynanı daxili siyasi mübarizəyə istənilən şəraitdə sürükləməyə çalışırlar”, - məlumatda deyilir.

Bir gün əvvəl Macarıstanda Zelenskini Avropanı münaqişəyə sürükləyən təlxək adlandıran plakatlar və videolar yayılmağa başlayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm