Sosial
Mino Harivelo Ramaroson: Şəhər planlaşdırması yerli insanların ehtiyaclarını əhatə etməlidir
Peşəkar şəhər planlaşdırıcıları və texniki mütəxəssislər mühüm işlər görsələr də, bəzi hallarda bu planlar yerli icmaların və insanların real ehtiyaclarını tam əhatə etmir. Bu da diqqət yetirilməli əsas məsələlərdən biridir.
Publika.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclasında çıxışı zamanı Mino Harivelo Ramaroson deyib.
O qeyd edib ki, yerli idarəetmə orqanlarının və hökumətlərin inkişaf prosesini daha effektiv həyata keçirməsi üçün gücləndirilməsinə ehtiyac var.
“Müzakirələrin yalnız söz olaraq qalmaması, real nəticəyə çevrilməsi üçün hansı maliyyələşdirmə mexanizmlərinin yaradılmalı olduğu da vacib məsələdir. Məqsəd yalnız danışmaq deyil, verilən vədləri əməli fəaliyyətə çevirməkdir. Mənzil məsələsi imtiyaz deyil, əsas hüquq kimi qəbul olunmalıdır. Bununla yanaşı, maliyyə resurslarının necə idarə olunmasına da diqqət yetirilməlidir. Dövlət investisiyalarının yerli insanların ehtiyacları ilə necə əlaqələndirildiyi mühüm əhəmiyyət daşıyır”, - deyə o diqqətə çatdırıb.
-
Digər16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış
-
MDB15:14Məşhur çimərlikdən istifadəyə qadağa qoyuldu - Sanitariya problemləri var
-
Sağlamlıq14:37Yayda buzlu su içməyin faydadan çox zərəri var imiş
-
Magazin214:28Məşhur rus aktyoruna alkoqol qadağası qoyuldu
-
Yaxın Şərq14:08İsraildə terror oldu: Ölən və yaralananlar var
-
Ekologiya12:35Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
Region11:56Ermənistanda seçkilər zamanı texniki nasazlıqlar yarandı
















.jpg)





















