Avropa
Parlamentin qarşısında eşşəklərlə etiraz: Nəyə işarədir?
Kosovo Assambleyasının aprelin 15-də başlayan və spiker seçilməməsi səbəbindən iki gündən bir davam edən Baş Assambleya iclası iyulun 3-də də davam edib.
Publika.az xəbər verir ki, artıq 41-ci dəfədir ki, davam edən sessiya Assambleyanın sədrinin seçilməsi üçün müvəqqəti komissiyanın yaradılması ilə bağlı səsvermə ilə başlayıb, lakin əksər partiyalar bu komissiyaya öz deputatlarını təqdim etməyiblər.
Komissiyanın yaradılması ilə bağlı səsvermə nəticə vermədikdə assambleyanın müvəqqəti sədri iclası iyulun 5-nə, şənbə gününə təxirə salıb.

Bundan sonra kosovalı fəal Arianit Koci uzlaşa bilməyən siyasətçilərə etiraz etmək üçün parlament binası önünə 4 eşşək gətirib.
Eşşəklərin "inadkarlığı və dikbaşlığı simvolizə etdiyini" deyən Koci, "41 dəfə görüşməkdən, amma parlamentin sədrini seçə bilməməkdən daha pis bir şey ola bilərmi? Yoxdur. Sözün əsl mənasında pulumuzu israf edirlər" deyib.
Tural
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu













.jpg)





















.jpg)


