İngilis dilinə hörmətsizlik: Britaniyalı teleaparıcı Makronun canlı efirdə çıxışını kəsdi
Bizi izləyin

Avropa

İngilis dilinə hörmətsizlik: Britaniyalı teleaparıcı Makronun canlı efirdə çıxışını kəsdi

İngilis dilinə hörmətsizlik: Britaniyalı teleaparıcı Makronun canlı efirdə çıxışını kəsdi

İyulun 8-də Vindzorda dövlət şam yeməyi zamanı gözlənilməz diplomatik qəribəlik baş verib.

Publika.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron demək olar ki, bütün təntənəli nitqini fransız dilində söyləyib.

Bu, Britaniyanın məşhur “GB News” kanalının aparıcısı Patrik Kristisi qəzəbləndirib və o, canlı yayımı kəsib. Bu barədə “Le Figaro” yazıb.

"Mən indi müdaxilə etməliyəm, çünki Fransa prezidenti Emmanuel Makron ingilis dilini mükəmməl bilsə də, ingiliscə danışmaq üçün nəzakət nümayiş etdirməyə ehtiyac görmür. Ona görə də ingiliscə danışsa, yayımı bərpa edəcəyik" deyə Patrik bildirib.

Daha sonra studiyada verilişin qonağı deyib: "Prezident çıxışının 80%-ni fransız dilində danışdı. Mən bunu təhqiramiz hesab edirəm. Kral başını tərpətdi, amma aydın idi ki, o, çox az başa düşür. Padşahın qarşısında əcnəbi dildə danışmaq pıçıldamağa bənzəyir. Eyni şəkildə davranılmalıdır. Əlahəzrətin qarşısında pıçıldamağa cəsarət edərdinizmi?"

Bunun fonunda Kral III Çarlz, əksinə, özü də fransız dilində bir neçə ifadə əlavə edib. . 2023-cü ildə Fransa Senatındakı çıxışı zamanı olduğu kimi.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm