Qarabağ
Xocalıya qayıdan 10 övladı olan gənc ailə - FOTO
Mayın 16-da Xocalıya qayıdan ailələr arasında 10 övladlı gənc ailənin köçü xüsusi diqqət çəkib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Xocalı sakini, keçmiş məcburi köçkün, 1981-ci il təvəllüdlü Anar Zakir oğlu Buludxanov 12 nəfərdən ibarət ailəsi ilə birlikdə rayonun Təzəbinə kəndində yeni bərpa olunmuş evinə köçüb.
Uzun illər doğma torpaqlarından ayrı düşən Buludxanovlar ailəsi bu günün sevincini paylaşır. İllərlə həsrətində olduqları ata-baba yurduna qovuşan ailə artıq yeni həyatına öz doğma ocağında başlayır. Xüsusilə ailənin 10 övladının doğma Xocalı torpağında böyüyəcək olması hər kəsdə xoş duyğular yaradıb.
Anar Buludxanov bildirib ki, illərlə bu günü arzulayıblar və bu gün arzuları gerçəyə çevrilib. O, övladlarının doğma torpaqda təhlükəsiz, firavan və xoşbəxt həyat yaşamasının ən böyük sevinc, qürur olduğunu deyib.
"Bu gün Xocalıda yaşanan bu mənzərə təkcə bir ailənin sevinc hekayəsi deyil, həm də Azərbaycanın zəfərinin, dövlətin gücünün və "Böyük Qayıdış" proqramının uğurlu nəticəsinin parlaq nümunəsidir. Xocalının Təzəbinə kəndində məskunlaşan Budaqovlar ailəsi artıq doğma torpaqda yeni və xoşbəxt həyata qədəm qoyur. Bu qayıdış, həm illərin həsrətinə son qoyur, həm də gələcək nəsillər üçün doğma yurda bağlılığın və vətən sevgisinin ən gözəl nümunəsinə çevrilir.İşğaldan azad olunan torpaqlarda bu gün həyat yenidən canlanır, kəndlərə yeni nəfəs gəlir, uşaqların səsi doğma yurdlarda yenidən eşidilir", - məlumatda qeyd olunub.
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!
-
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi
-
Region26 İyun 19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə26 İyun 18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya26 İyun 18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
-
Nida Xəbər 26 İyun 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO






.jpg)

.png)









.jpg)


.jpg)





.jpg)


.jpg)








