İqtisadi gündəm
1 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
İqlim siyasətinin milli səviyyədə müəyyən olunmuş tövsiyələrlə uzlaşdırılması artıq şəhərsalma məzmununu 49 faizdən 2025-ci ildə 80 faizə çatdırıb.
Publika.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündəki çıxış zamanı səsləndirib.
O bildirib ki, bu, olduqca önəmli nailiyyətlərdir. “Lakin bu, hələ ki, kifayət etmir. İcra hələlik qeyri-bərabərdir və bir çox sahələrdə kifayət etməyən səviyyədədir. Burada da dayanıqlı investisiyalara, sərmayələrə böyük ehtiyac var. 1 milyarddan çox insan gecəqondularda və yaxud qeyri-formal yerlərdə yaşayır. 150 milyondan çox insan məhz gecəqondularda və qeyri-formal yerlərdə doğulur. Məsələ bu baxımından regionları aşan bir çağırışdır. Evsizlik bütün dünyada olan bir çağırışdır. Xüsusilə iqlim dəyişikliyi və böhranla bağlı olaraq da bu, xüsusi əhəmiyyət təşkil edən məsələlərdir. Daşqınlar, quraqlıqdır, qasırğalar və digər problemlərin fonunda xüsusilə önəmlidir. Ötən 2 dekada ərzində 80 faizdən çox şəhər əhalisi həmin problemlərlə birbaşa üzləşib".
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın






.jpg)






























