Dodaqlar hər şeyi deyir: Ekspert Bricitin Makronla mübahisədən sonra nə dediyini oxudu
Bizi izləyin

Avropa

Dodaqlar hər şeyi deyir: Ekspert Bricitin Makronla mübahisədən sonra nə dediyini oxudu

Dodaqlar hər şeyi deyir: Ekspert Bricitin Makronla mübahisədən sonra nə dediyini oxudu

Britaniyalı ekspert Ceremi Friman Bricit Makronun əri, Fransa prezidenti Emmanuel Makrona əlini verməkdən imtina etdikdən sonra şahzadə Keyt Middltona dediklərini dodaqlarından oxuyub.

Publika.az xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.

Bildirilir ki, Makronun xanımı xoşagəlməz vəziyyətdən sonra qəfil dəyişib, şahzadəyə gülümsəməyə başlayıb və deyib: “Ah, səni gördüyümə necə də şadam, sən gözəl görünürsən”.

Keyt Middlton və Bricit Makron yanaqlarından ənənəvi hava öpüşü veriblər.

Bu zaman Fransa prezidenti şahzadə Uilyamın əlini sıxıb və onu gördüyünə şad olduğunu bildirib.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Böyük Britaniyaya üç günlük səfərə gəliblər və onlar bir neçə dəfə yöndəmsiz vəziyyətdə görünüblər. Bricit iki dəfə Makrona əl verməkdən imtina edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm