Avropa
Makron protokola tabe olmadı: İngilislər qəzəbləndi - FOTO
Fransa prezidenti Emmanuel Makron İngiltərəyə üç günlük rəsmi səfəri zamanı Vindzor Sarayında keçirilən mərasimdə iki dəfə krallıq protokolunu pozaraq diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, keçirilən rəsmi qarşılanma mərasimində Makron Kral Çarlzdan əvvəl addımlayaraq ev sahibinin arxasında yer alma qaydasını pozub.
İngiltərə protokolunda qonaq dövlət başçısının əvvəlcə kralı qarşılaması və məhz onun arxasında irəliləməsi tələb olunur. Sosial mediada istifadəçilər bu addımı “krallığa hörmətsizlik” kimi qiymətləndirib.

Mərasim zamanı Makron Qrenader Qvardiyasının zabitinin çiyninə toxunaraq mərasim qaydalarını yenidən pozub. İngiltərə krallığının hərbi-etik koduna görə, protokol zamanı qvardiya üzvlərinə fiziki təmas yolverilməzdir. Zabitin bu an çaşqınlıqla geri dönməsi lentə düşüb və geniş müzakirə yaradıb.
Sosial şəbəkə istifadəçiləri Makronu “krallığa hörmətsizlikdə” qınayıb, bəziləri isə bunu qəsdlə etdiyini bildirib. Kral Çarlza da hadisələrə müdaxilə etmədiyinə görə tənqidlər səslənib.
Akqabay
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzillərə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır

































.jpg)


