Avropa
Avrop İttifaqı Ukrayna üçün yeni FOND YARATDI
Romada keçirilən Ukraynaya yardım üzrə donorlar konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen respublikanın bərpası üçün yeni fondun yaradıldığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O bildirib ki, bu fondun yaradılmasında İtaliya, Almaniya, Fransa və Avropa İnvestisiya Bankı da iştirak edib.
Onun sözlərinə görə, fondun təşkilatçıları tərəfindən təsdiqlənən qrantlar və kredit zəmanətləri Ukraynaya on milyard dollar özəl investisiya cəlb edəcək.
AK rəhbəri bu gün Avropa biznesmenlərini respublikaya sərmayə qoymağa çağırıb.
Daha əvvəl media mənbələrə istinadən xəbər vermişdi ki, Avropa İttifaqı 2028-ci ildən Ukrayna üçün 100 milyard avro məbləğində, o cümlədən ittifaqın yeddiillik büdcəsinə xüsusi fond yaratmağı planlaşdırır. Bu sənədə dair təklif iyulun sonunda təqdim edilməlidir.
Yeni maliyyələşdirmə mexanizmi AK-ın qrantlar və ucuz kreditlər vasitəsilə yardım göstərdiyi, Kiyevin isə onları almaq üçün islahatlar apardığı mövcud modelə geniş şəkildə uyğun olmalıdır .
Hüseyn İbadlı
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır

































.jpg)


