Avropa
Baş nazir Meloni qarşısında yenə DİZ ÇÖKDÜ - VİDEO
Albaniyanın Baş naziri Edi Rama İtaliya Nazirlər Kabinetinin rəhbəri Giorgia Meloni qarşısında ikinci dəfə diz çökərək əllərini birləşdirərək dua edib.
Publika.az xəbər verir ki, bu barədə Albaniyanın “Reporteri” nəşri məlumat yayıb.
Bildirilib ki, baş nazir xanım həmkarına bu jesti Romada Ukraynanın bərpasına dair keçirilən konfrans zamanı edib. Rama dərhal sonra Meloni ilə rəsmi qaydada salamlaşdıb.
Rama ilk dəfə 2025-ci ilin mayında Meloni qarşısında diz çöküb. Meloninin sözlərinə görə, təxminən iki metr (196 sm) olan alban siyasətçi onunla eyni boyda olmağa çalışıb.
"Albaniya Kiyev üçün əhəmiyyətli resursları səfərbər edib və biz Ukraynanın bizə ehtiyacı olduqda İtaliya və avropalı tərəfdaşlarımızla bu səyləri etmişik və edəcəyik. Sülh həmişə düşüncələrimizin və ümidlərimizin mərkəzində olmalıdır və bizi heç kim ayıra bilməz.", - Rama konfrans zamanı deyib.
İyulun 10-da Romada keçirilən konfransda 40 ölkədən və beynəlxalq təşkilatlardan 3,5 minə yaxın nümayəndə, iki min şirkət, eləcə də vətəndaş cəmiyyəti və yerli hakimiyyət orqanları iştirak edib. Tədbirə Ukrayna Prezidenti Volodimir Zelenski də qatılıb.
Hüseyn İbadlı
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır

































.jpg)


