Avropa
Bu ölkədə qarışqalar superkoloniyalar yaradır - Həyəcan təbili çalındı
Tapinoma maqnum növündən olan qarışqalar Böyük Britaniyada aktiv şəkildə yayılmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşrin məlumatına görə, bu həşəratlar artıq ölkənin kənd rayonlarına daxil olublar, lakin onların zərərverici potensialı hələ tam şəkildə üzə çıxmayıb.
Qeyd edilib ki, havaların isti keçməsi səbəbindən qarışqalar daha sıx məskunlaşan ərazilərə yayıla və bu, ciddi problemlərə səbəb ola bilər.
İyunun əvvəlində Britaniya Zərərvericilərlə Mübarizə Assosiasiyası Böyük Britaniyada "super qarışqa" adlandırılan Tapinoma maqnumun işğalı riski barədə xəbərdarlıq edib.
Bu növün vətəni Aralıq dənizinin qərbi və Şimali Afrikadır. İlk dəfə rəsmi olaraq 2009-cu ildə Almaniyanın Reynland-Pfalz bölgəsində qeydə alınıb.
Tapinoma mangnumun əsas xüsusiyyəti, çoxalmanı əhəmiyyətli dərəcədə sürətləndirən və sürətlə yayılmağa kömək edən bir koloniyada çoxlu ana arıların olmasıdır. Nəticədə bir neçə hektar ərazini tutan superkoloniyalar əmələ gəlir.
Bu qarışqalar infrastruktur üçün təhlükə yaradır, elektrik xətlərini və internet kabellərini zədələyir. Almaniyanın bəzi şəhərlərində koloniyalar elektrik panelləri və paylayıcı qurğularda məskunlaşıb, bu da texniki nasazlıqlara və iqtisadi itkilərə səbəb olub.
Hüseyn İbadlı
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır

































.jpg)


