Zelenski Rusiyanı uzaqmənzilli zərbələrlə HƏDƏLƏDİ
Bizi izləyin

Avropa

Zelenski Rusiyanı uzaqmənzilli zərbələrlə HƏDƏLƏDİ

Zelenski Rusiyanı uzaqmənzilli zərbələrlə HƏDƏLƏDİ

"Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbələr endirməyə davam edəcək".

Publika.az xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski hərbçilərlə görüşdən sonra "Telegram" kanalında bildirib.

"Bizim bölmələrimiz düşməni məhv etməyə davam edəcək və qarşıdurmanın Rusiya ərazisinə keçməsi üçün hər şeyi edəcək. Biz yeni uzaqmənzilli zərbələrimizi hazırlayırıq", - ukraynalı siyasətçi yazıb.

O qeyd edib ki, Kiyev Rusiyanın hücumlarını davam etdirmək niyyətini görür.

Zelenski hesab edir ki, Rusiya Silahlı Qüvvələrinin ukraynalılara zərər vurmaq üçün hər cəhdi Ukrayna Silahlı Qüvvələri bölmələrinin müqaviməti sayəsində “boğulur”. Onun sözlərinə görə, Rusiya ordusu bu yay üçün komandanlığının gözləntilərindən xeyli geri qalıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm