Səhiyyə
Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
Stomatoloq, "MİA.RF" klinikalar şəbəkəsinin tibbi direktoru Maksim Labuxin xəstə diş və diş ətlərinin ürək, beyin və ümumilikdə orqanizmə ciddi mənfi təsirləri barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, o, bu barədə Gazeta.Ru-ya müsahibəsində danışıb.
Labuxinin sözlərinə görə, parodontit kimi diş əti xəstəlikləri insult, hipertoniya (yüksək qan təzyiqi) və ateroskleroza səbəb ola bilər. Buna səbəb ağız boşluğundakı bakteriyaların qana keçərək bütün bədənə yayılmasıdır.
"Ümumiyyətlə, qidaları çeynəyərkən və ya dişləri təmizləyərkən bakteriyalar orqanizmə daim daxil olur. Lakin sağlam insanın immuniteti onları tez bir zamanda zərərsizləşdirir. İllərlə iltihablı qalan diş ətlərində isə bakteriyalar tez-tez hücuma keçərək patologiyalara yol açır.
Bakteriyaların hücumuna cavab olaraq damar divarı iltihablanmağa başlayır və bütün orqanizmdə iltihab prosesi güclənir. Beləliklə, ağızdakı infeksiya damarları sıradan çıxarır və ürəkdə ciddi problemlərin yaranma riskini artırır.
Bundan başqa, diş və diş ətlərindəki daimi ağrılar səbəbindən insan qidanı yaxşı çeynəyə bilmir. Nəticədə mədə və bağırsaqlar dəfələrlə daha intensiv işləmək məcburiyyətində qalır ki, bu da həzm problemlərinə gətirib çıxarır", – deyə həkim izah edib.
Labuxin vurğulayıb ki, insan illərlə qastriti dərmanlarla müalicə edə bilər, lakin əsl səbəbin parodontit olduğu üzə çıxar.
Hüseyn İbadlı
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı












.jpg)





















.jpg)




