BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"
Bizi izləyin

Nida Xəbər

BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"

BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"

"Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etmək mənim üçün böyük məmnuniyyət və şərəfdir".

Publika.az xəbər verir ki, bu barədə Malayziyanın mənzil və yerli hökumət naziri və BMT-nin Məskunlaşma Proqramı Assambleyasının (UN-Habitat) prezidenti Nga Kor Ming jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, dünyada qeyri-müəyyənliklərin hökm sürdüyü bir dövrdə Azərbaycanın bu mühüm qlobal tədbirə ev sahibliyi etməsi son dərəcə vacibdir:

“Burada 182 ölkədən 40 mindən çox iştirakçının bir məqsəd naminə bir araya gəldiyinin şahidi olacağıq — dünyanı yaşayışla təmin etmək, dayanıqlı və davamlı şəhərlər qurmaqmalıyıq.

Hamının bildiyi kimi, Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir və burada şəhər rəhbərlərini, yerli idarəetmə orqanlarını, regional liderləri, sənaye nümayəndələrini, nazirləri, siyasəti müəyyən edən şəxsləri və digər tərəfləri bir araya gətiririk.

WUF13 həm də fəaliyyətə çağırışdır. Bu forumdan gözləntimiz odur ki, bütün məsələlər müzakirə olunub razılaşdırıldıqdan sonra əldə edilən razılaşmaların həyata keçirilməsi üçün konkret plan və aydın yol xəritəsi hazırlansın. Beləliklə, insanların rifahını həqiqətən yüksəldə və yaxşılaşdıra bilərik. Bu, çox vacibdir”.

BMT rəsmisi Bakının ictimai təmizliyi haqqında fikirlərini də bölüşüb:

“Şəhərin ictimai təmizliyi məni heyran etdi. Xəzər dənizinin gözəlliyindən zövq aldım və görə bilirik ki, Bakı həqiqətən çox gözəl şəhərdir. Ümid edirik ki, qarşıdakı günlərdə məhsuldar sessiyalar keçiriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm