Avropa
Bu xanım Ukraynanın Baş naziri ola bilər
Ukrayna Prezidenti Volodimir Zelenski respublikanın baş naziri postunu baş nazirin birinci müavini Yuliya Sviridenkoya təklif edəcək.
Publika.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” telekanalı mənbələrə istinadla məlumat yayıb.
İddia olunur ki, Zelenski artıq hökumətin tərkibində dəyişikliklə bağlı qərar qəbul edib.
“Hökumətə baş nazirin hazırkı birinci müavini Yuliya Sviridenko rəhbərlik edəcək”, - bəyanatda deyilir.
Ukraynanın baş naziri Denis Şmıxalın tezliklə istefaya göndərilməsi ilə bağlı şayiələrin növbəti mərhələsi bir ay əvvəl ortaya çıxıb.
İyun ayında Ali Radanın deputatı Yaroslav Jeleznyak bəyan etmişdi ki, Ukrayna prezidentinin aparatı iqtisadiyyat naziri Yuliya Svırıdenkonu baş nazir postuna təyin etməyi planlaşdırır. Deputat bu cür kadr dəyişikliyinə səbəb kimi hökumətə etimadın itirilməsini, xüsusən də iqtisadi və büdcə sahəsində çoxlu sayda uğursuzluqları göstərib.
Daha sonra Zelenski Ukraynanın baş naziri Şmıxalın mümkün istefası ilə bağlı məlumatları təkzib edib.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 09:54BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"
-
İqtisadi gündəm09:50Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başladı
-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər












.jpg)



















.jpg)



