Avropa
Orban Ukraynaya meydan oxudu: Bu pullar macar xalqınındır
Ukrayna hakimiyyəti həddi aşıb, lakin Budapeşt Kiyevə Avropa İttifaqı tərəfindən maliyyə vəsaiti ayrılmasına qarşı mövqeyindən geri çəkilməyəcək.
Publika.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkə hesabında yazıb.
“Ukrayna rəhbərliyi həddi aşdı. Biz münaqişə axtarmırdıq, amma Macarıstan artıq bir neçə gündür təhlükə altındadır”, - Orban qeyd edib.
Baş nazirin sözlərinə görə, Ukrayna prezidenti və xarici işlər nazirindən gələn təhdidlər Macarıstanın öz xalqının maraqlarını müdafiə etməsinə mane olmayacaq. Orban vurğulayıb ki, Budapeşt Kiyevə maliyyə yardımı göstərməyəcək, çünki bu vəsaitlər macar ailələrinə məxsusdur.
O, həmçinin Rusiyadan asanlıqla əldə edilən neft və qaz idxalına qadağa qoyulmasına da icazə verməyəcəklərini bildirib.
“Macarıstanda vətənpərvər hökumət hakimiyyətdə olduğu müddətcə bu məsələlərlə bağlı qərarlar nə Kiyevdə, nə də Brüsseldə qəbul ediləcək”, - deyə Orban əlavə edib.
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
























.jpg)









