Avropa
ABŞ az idi, Avropa Birliyi də İranı hədəf aldı: Bunun bir bədəli olacaq
Avropa İttifaqı (Aİ) etirazları qəddarcasına yatırdığına görə İrana qarşı sanksiyalar tətbiq edəcək.
Publika.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Onun sözlərinə görə, Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) terror təşkilatları siyahısına əlavə edilməsi də daxil olmaqla, tədbirlərin görülməsi ilə bağlı səsvermə keçirəcəklər.
"İrandakı etirazlar nəticəsində ölənlərin sayı və rejimin istifadə etdiyi metodlar həqiqətən də ağırdır. Buna görə də biz açıq bir mesaj göndəririk: əgər insanları repressiya etsəniz, bunun bir bədəli olacaq. Siz buna görə cəzalandırılacaqsınız", - deyə xanım Kallas bildirib.
O, İrandakı şəxslərə əlavə məhdudiyyətlərin tətbiq olunacağını da vurğulayıb.
Adəm
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
























.jpg)









