Avropa
Avropa Komissiyası milyonlarla ukraynalını belə XİLAS EDİR
Avropa Komissiyası elektrik və istilik təchizatında yaranan fasilələr səbəbindən yaranan kritik vəziyyətlə əlaqədar Ukraynaya 145 milyon avroluq yardım paketi elan edib.
Publika.az xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında bildirilib.
"Avropa Komissiyası milyonlarla ukraynalının şaxtalar və elektrik kəsintiləri ilə üzləşdiyi üçün Ukraynaya və ukraynalı qaçqınları qəbul edən Moldovaya 153 milyon avro həcmində təcili yardım ayrıldığını elan edib", - sənəddə deyilir.
Ümumi məbləğin 145 milyon avrosu Ukrayna, qalan 8 milyon avrosu isə Moldova üçün nəzərdə tutulub.
Maliyyə dəstəyi ilə yanaşı, Avropa Komissiyası bir ay ərzində Ukraynaya ümumilikdə 947 elektrik generatorunun göndəriləcəyinə söz verib.
Dünən Ukraynanın 700-dən çox şəhər və qəsəbəsində əlverişsiz hava şəraitinin elektrik enerjisinin kəsilməsinə səbəb olduğu bildirilib. Ölkənin Energetika Nazirliyi bütün bölgələrdə sənaye müəssisələri üçün enerji istehlakının məhdudlaşdırılması cədvəllərinin, eləcə də bütün kateqoriyalı istehlakçılar üçün saatlıq elektrik enerjisinin kəsildiyini elan edib. Bir neçə bölgədə də təcili söndürmələr tətbiq edilib.
Hüseyn İbadlı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi























.jpg)









