Avropa
Aİ-yə üzv olmayan ölkələrlə bağlı SƏRT QƏRAR - Ukrayna üçün belə addım atılır
Avropa İttifaqı ölkələri Aİ-yə daxil olmayan dövlətlərin Ukrayna ilə sazişlər bağlaması üçün əvvəlcədən ödəniş etməsini məcburi edən mexanizmin tətbiqi imkanını müzakirə edirlər.
Publika.az xəbər verir ki, bu, bu barədə "Bloomberg" mənbələrə istinadla məlumat yayıb.
Qeyd edilib ki, bu, yalnız həmin razılaşmalar Kiyevə təsdiqlənmiş 90 milyard avroluq Aİ kreditinin vəsaitlərindən istifadə ilə bağlı olduğu hallara aid olacaq.
Məlumatda qeyd olunur ki, Avropa İttifaqına üzv bir sıra ölkələr birlikdən kənar dövlətlər üçün xüsusi rüsumun tətbiqində israr edirlər.
"Bloomberg" vurğulayıb ki, bəzi Aİ üzvləri, o cümlədən Fransa, üçüncü ölkələrin ayrılmış vəsaitlərə bərabər çıxış əldə etməsini ədalətsiz hesab edir.
Agentliyin məlumatına görə, Avropa İttifaqı bu məsələ ilə bağlı yaxın günlərdə razılığa gələcək.
Yanvarın 21-də Avropa Parlamenti Aİ Şurasının 2026–2027-ci illər üçün Ukraynaya 90 milyard avro məbləğində kredit ayrılması məqsədilə “genişləndirilmiş əməkdaşlıq” prosedurunun tətbiqi barədə qərarını təsdiqləyib. Qərar 499 səslə qəbul edilib, 135 deputat əleyhinə səs verib, 24 nəfər isə bitərəf qalıb.
Hüseyn İbadlı
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
















.jpg)









.jpg)













