Avropa
Zelenskidən ETİRAF - “Putinlə görüşmədən mümkün deyil”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşmədən ərazi məsələsini həll etməyin mümkün olmadığını bildirib.
Publika.az xəbər verir ki, bunu Zelenski "Cesky Rozhlas"a müsahibəsində deyib.
Onun sözlərinə görə, ərazi məsələsi yalnız texniki qruplar tərəfindən həll edilə bilməz.
"Ən azı Rusiya lideri ilə bu və ya digər formatda əlaqə saxlaya bilməliyik. Mənim fikrimcə, belə bir format olmadan komandalarımız ərazi məsələləri üzrə razılığa gələ bilməyəcəklər", - deyə Zelenski əlavə edib.
Daha sonra Zelenski ərazi məsələsini həll etmək üçün Putinlə şəxsi görüşün zəruri olduğunu bir daha təkrarlayıb: "Hazırda müharibənin sona çatması üçün 20 bəndlik plan mövcuddur və bu plan ərazi məsələləri ilə bağlı qeyd etdiyiniz ağrılı məsələləri xüsusi olaraq həll edir. Bir daha vurğulayıram ki, liderlərdən başqa heç kimin bu məsələləri həll edə biləcəyinə inanmıram".
Zelenski, həmçinin əlavə edib ki, sənəddə Avropa İttifaqına üzvlük nəzərdə tutulduğu üçün 20 bəndlik sülh planının təkcə ABŞ, Ukrayna və Rusiya tərəfindən deyil, həm də Aİ tərəfindən imzalanması vacibdir.
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi























.jpg)









