Avropa
“Brexit”dən sonra “Frexit” - Fransa Avropa İtifaqına görə qarışdı
Fransada ölkənin Avropa İttifaqından (Aİ) çıxmasını tələb edən yürüş keçirilib. Aksiyada mindən çox insan iştirak edib.
Publika.az xəbər verir ki, bu barədə Fransanın “Patriotlar” Partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsində məlumat verib.
“Saatlar əvvəl keçirilən möhtəşəm Milli Frexit yürüşü hansı böyük gücü təmsil etdiyini bir daha göstərdi”, - deyə siyasətçi yazıb.
Filipponun sözlərinə görə, aksiya iştirakçıları Böyük Britaniyanın Aİ-dən çıxması nümunəsinin təkrarlanmasını, həmçinin Ukraynaya göstərilən yardımın dayandırılmasını tələb ediblər. Bundan başqa, nümayişçilər Fransanın iqtisadi və siyasi suverenliyinin bərpası naminə ümumavropa proqramlarına ayrılan xərclərin azaldılmasını istəyiblər.
Qeyd edək ki, yanvarın 29-da Florian Filippo Avropa İttifaqını hər gün daha da diktatorlaşmaqda ittiham etmişdi. Bu açıqlama Aİ Məhkəməsinin Macarıstanı 2020-ci ildə ittifaq ölkələrinin beynəlxalq məsələlərdə vahid mövqeyini ifadə etmək hüququnu pozmaqda təqsirli bilməsindən sonra səsləndirilmişdi.
Hüseyn İbadlı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi























.jpg)









