Avropa
Yermakın varidatı açıqlandı - Bank hesabları, malikanə, bahalı avtomobil...
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin keçmiş rəhbəri Andrey Yermak vəzifədən azad edilərkən təqdim etdiyi gəlir bəyannaməsində təxminən 284 min ABŞ dolları məbləğində pul vəsaitinə malik olduğunu göstərib.
Publika.az xəbər verir ki, bu barədə müvafiq sənədlə tanış olan "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, 28 noyabr 2025-ci ildə prezident Zelenski Yermakın istefa ərizəsi verdiyini açıqlayıb. Bu qərardan əvvəl Ukraynanın enerji sektorunda baş verən korrupsiya qalmaqalı çərçivəsində Yermakın mənzilində axtarışlar aparılıb. Sözügedən iş üzrə əsas fiqurlardan biri Zelenskinin yaxın çevrəsinə daxil olan iş adamı Timur Mindiçdir.
Ukrayna qanunvericiliyinə əsasən, yüksək vəzifəli şəxslər vəzifədən azad edilərkən gəlir və əmlak bəyannaməsi təqdim etməlidirlər. Vahid Dövlət Bəyannamələr Reyestrində yerləşdirilən sənədə əsasən, Yermakın “pul aktivləri” bölməsində beş mövqe göstərilib:
"OTP Bank"da 153.000 dollar məbləğində hesab, "Ukrgasbank"da 8.300 dollar məbləğində hesab, "Garnet International Media Group" MMC tərəfindən Yermaka ödənilməli olan 116.400 dollar məbləğində borc. Vəsaitin on il əvvəl 1 iyul 2016-cı il tarixli 102/07 nömrəli Müqaviləyə əsasən borc verildiyi göstərilir. Yermak həmçinin 3000 dollar və 3000 avro məbləğində nağd pul bəyan edib.
Qeyd olunur ki, şirkətə verilən borc 1 iyul 2016-cı il tarixli müqavilə əsasında, on il əvvəl təqdim edilib.
Bununla yanaşı, Yermak 2019-cu il istehsalı olan, dəyəri 69,5 min dollar olan “Mercedes-Benz S350 d 4MATIC long” markalı avtomobilini və 2005-ci ildən mülkiyyətində olan, sahəsi 107,8 kvadratmetr, dəyəri isə 82,6 min dollar olan mənzili də bəyannamədə göstərib.
Əvvəlki bəyannamələrə əsasən, Yermak “Mercedes-Benz” avtomobilini 11 mart 2020-ci ildə – Zelenskinin ofisinin rəhbəri təyin olunmasından bir ay sonra alıb. Ondan əvvəl onun mülkiyyətində 2015-ci il istehsalı olan “Toyota Camry” avtomobili olub.
Xatırldaq ki, Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) noyabrın 10-da enerji sektorunda genişmiqyaslı xüsusi əməliyyat keçirdiyini və xarici valyuta ilə dolu çantaların fotoşəkillərini yayıb. Ali Radanın deputatı Yaroslav Jeleznyak NABU-nun keçmiş energetika naziri və hazırkı ədliyyə naziri German Qaluşşenkonun, həmçinin “Energoatom” şirkətinin ofislərində axtarış apardığını bildirib. “Ukrainskaya Pravda” nəşri isə mənbəyə istinadla Mindiçin də axtarışa məruz qaldığını, lakin həmin vaxt artıq ölkəni tərk etdiyini yazıb.
Noyabrın 11-də NABU enerji sektorunda korrupsiyada iştirak edən yeddi nəfərə, o cümlədən Timur Mindiçə qarşı ittiham irəli sürüb. İş üzrə digər fiqurant Ukraynanın keçmiş baş nazir müavini Aleksey Çernışovdur.
Zelenski noyabrın 13-də Mindiç və onun əsas maliyyəçisi Aleksandr Tsukerman barəsində sanksiyalar tətbiq edib. Noyabrın 19-da isə Ali Rada German Qaluşşenkonu ədliyyə naziri, Svetlana Qrinçuku isə energetika naziri vəzifəsindən uzaqlaşdırıb.
Hüseyn İbadlı
-
İdman08:48Fiziyev UFC-dəki növbəti görüşündə məğlub oldu
-
Dünya07:47Dəhşətli qəza: 14 nəfər həlak oldu, çox sayda yaralı var
-
Magazin106:16Göksel Bakıda “Bu qala, daşlı qala” oxudu - VİDEO
-
Sağlamlıq05:15Bir fincanda 15 plastik parça - Bu çayları əsla almayın
-
ABŞ04:14Jirinovskinin adı qalmaqallı sənədlərdə - “Millətçi təlxək”
-
Dünya02:42Güclü zəlzələ krallığı silkələdi
-
Sosial00:45Sayğacdakı problemə görə fantastik məbləğdə borc gəldi - Video
-
Qoroskop00:00Günün ulduz falı - Yeni imkan qapısı açıla bilər





























.jpg)






