Avropa
Müharibədən Almaniyaya qaçan ruslar geri qaytarılır: Məcburi, yoxsa könüllü?
2025-ci ildə Almaniyadan Rusiyaya 1334 nəfər qayıdıb. Proses "Dövlət könüllü qayıdış proqramı" çərçivəsində həyata keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın "Stern" jurnalı məlumat yayıb.
Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi bildirib ki, sözügedən proqram, Almaniya federal hakimiyyət orqanlarının geri qayıdan miqrantlar üçün reinteqrasiya və yardım proqramıdır. Bu proqram çərçivəsində Almaniya federal hakimiyyəti onların ölkələrinə uçuşlarını təşkil edir: böyüklər üçün 1000 avro, yetkinlik yaşına çatmayanlar üçün isə 500 avro məbləğində birdəfəlik müavinət də verilir.
Bildirilir ki, davam edən müharibə səbəbindən bu proqram Ukrayna vətəndaşlarına şamil edilmir.
Almaniya tərəfinin məlumatına görə, Rusiya 2025-ci ildə proqram iştirakçıları üçün ən populyar istiqamətlər arasında olub. Bunlar əvvəllər sığınacaq istəyən və ya ölkədə sabit hüquqi statusu olmayan insanlar idi.
Qayıdış tendensiyası Rusiya tərəfinin hesablamaları ilə də təsdiqlənir. Beynəlxalq köçürmə xidmətləri bazarında fəaliyyət göstərən Moskvada yerləşən bir şirkətin rəhbəri deyib ki, 2024-cü ildə 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra ölkəni tərk edən və Rusiyaya qayıdan vətəndaşların nisbətinin 40-45% olacağı təxmin edilirdi. Onun sözlərinə görə, proses bütün il boyu davam edib.
Adəm
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı












.jpg)














.jpg)













