Avropa
Dünya nizamı illüziyadır, cəngəllik qanunu ilə idarə olunub: Kallasdan şok etiraf
Qaydalara əsaslanan dünya nizamı həmişə illüziya olub, əslində isə güc qanunu qalib gəlib.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib.
"Bu, həmişə cəngəlliyin qanunu olub - kimin gücü varsa, istədiyini də alar", - deyə o, fikrini bölüşüb.
Qeyd edək ki, Kallas bir gün əvvəl Rusiya ilə Brüssel arasında mümkün əlaqələrlə bağlı mübahisəli bir açıqlama verib. Onun fikrincə, Avropa İttifaqı Moskvaya Rusiyanın ABŞ-la münasibətlərindən daha yaxşı münasibət "təklif edə" bilməz. Bu baxımdan Avropa diplomatiyası rəhbərinin sözlərindən belə çıxır ki, Avropanın Rusiya ilə dialoqu bərpa etmək üçün heç bir əsası yoxdur.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kaya Kallasın əlaçı tələbə təəssüratı yaratmadığını bildirirək, ona tarixi yenidən öyrənməyi tövsiyə etmişdi. Bildirilir ki, bundan sonra ABŞ dövlət katibi Marko Rubionun Kallasla görüşmək istəmədiyi bildirilib.
Adəm
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir




































