Avropa
Daha bir ölkə rusiyalı diplomatların hərəkətini məhdudlaşdırdı
Çexiya akkreditə olunmamış Rusiya diplomatik missiyası əməkdaşlarının hərəkətinə məhdudiyyətlər tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə "İzvestiya"ya Rusiyanın Praqadakı səfirliyindən məlumat verilib.
"23 yanvar tarixində Rusiya səfirliyi Çexiya Xarici İşlər Nazirliyindən Aİ-nin məhdudiyyətləri çərçivəsində ölkə daxilində səyahət üçün yeni proseduru izah edən nota alıb. Bu, Çexiyada akkreditə olunmayan Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarına aiddir", - deyə diplomatik nümayəndəlikdən aydınlıq gətirilib.
Yanvarın 29-da Yunanıstan Xarici İşlər Nazirliyinin Rusiya diplomatlarının Avropa Birliyi daxilində hərəkətinə məhdudiyyətlərin tətbiq edilməsi barədə Afinadakı Rusiya səfirliyini məlumatlandırdığı açıqlanmışdı.
İsveç Xarici İşlər Nazirliyi əvvəllər Rusiya səfirliyinə bildirmişdi ki, Aİ qaydalarına əsasən, diplomatik nümayəndəlik artıq Rusiya diplomatlarının hərəkətləri barədə agentliyə məlumat verməlidir.
Tural
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir




































