Avropa
Makron şillələrdən həzz alırmış - “Epşteyn işi”ndə şok yazışmalar
İnsan alverində ittiham olunan maliyyəçi Ceffri Epşteynin ictimaiyyətə açıqlanan sənədləri arasında onun Fransa Prezidenti Emmanuel Makron barədə şəxsi mülahizələrini bölüşdüyü yazışmalar aşkar edilib.
Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, Epşteyn Fransa liderinin şəxsiyyəti haqqında öz qiymətləndirməsinə əsaslanaraq, Makronun şillələnməkdən zövq ala biləcəyini ehtimal edib.
Epşteynin 26 may 2019-cu il tarixində anonim şəxsə ünvanladığı elektron məktubda deyilir:
"Mənə dedilər ki, millətçilərin fəaliyyət sahəsi genişlənəcək, lakin nüfuzları o qədər də artmayacaq?".
Növbəti mesajında isə o, maraqlı bir qeyd əlavə edib:
"Mənim alman mənbələrim deyir ki, bu, Makron üçün bir şillə kimi oldu. Lakin onu tanıdığım qədər deyə bilərəm ki, yəqin ki, bu, hətta onun xoşuna gəlib".
Yanvarın 15-də Emmanuel Makronun hərbçilər qarşısında sağ gözünün qızarmış və iltihablı vəziyyətdə görünməsi suallar doğurmuşdu. Bir gün sonra prezident gözündə yaranan problemlərə görə bir müddət günəş eynəyi taxmaq məcburiyyətində olduğunu açıqlayıb.
"Daily Mail" qəzeti londonlu cərrah-oftalmoloq Mfazo Houvun rəyinə istinadla yazıb ki, Makronun göz nahiyəsindəki hematoma (qan sızması) üzə dəyən zərbənin nəticəsi ola bilər və ya öz-özünə yarana bilər.
Xatırladaq ki, Epşteynin gizli sənədlərində Emmanuel Makronun adı ümumilikdə 200-dən çox yerdə qeyd olunub.
Hüseyn İbadlı
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir




































