Avropa
Rusiyadan iddia: Bu ölkənin baş naziri “sovet casusu” elan ediləcək
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və prezidentin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib ki, Britaniya hökuməti və mediası Britaniyanın Baş naziri Kir Starmeri vəzifəsindən kənarlaşdırmaq üçün radikal addımlar ata bilər.
Publika.az xəbər verir ki, o, bu barədə “X” sosial media platformasında Britaniya baş nazirinə qarşı tənqidləri əsas gətirərək yazıb.
Bəyanat Britaniyalı jurnalist Endryu Marrın LBC radiosunda yayımlanan çıxışından irəli gəlib. Marr bildirib ki, Starmerin baş nazir postundan uzaqlaşdırılması prosesi son mərəhlədədir.
Jurnalistin qeyd etdiyi səbəblər arasında çoxsaylı siyasi səhvlər və əhəmiyyətli dərəcədə səlahiyyət itkisi var.
Bu epizodu şərh edən Dmitriyev yazıb ki, əslində Starmerin sonu çatıb və onun vəzifədən uzaqlaşdırılması prosesini tezləşdirmək üçün Britaniya hakimiyyəti və mediası həddindən artıq ittihamlara əl ata bilər. O, baş nazirin Rusiya əleyhinə ritorikanın arxasında gizlənən və eyni zamanda ölkəni daxildən məhv edən "Sovet casusu" kimi təsvir edilə biləcəyini irəli sürüb.
Dmitriyev paylaşımına süni intellekt texnologiyasından istifadə edərək hazırlanmış qara mayo geyinmiş Kir Starmerin şəklini əlavə edib.
Tural
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir




































