Avropa
Buzlu yağışı Avropa ölkəsində ciddi fəsadlara səbəb oldu
Almaniyanın Brandenburq əyalətində buzlu yağış ciddi fəsadlara səbəb olub.
Publika.az “Bild” qəzetinə istinadla xəbər verir ki, Potsdam şəhəri yaxınlığında avtomagistralda yolun səthinin bir neçə dəqiqə ərzində buz bağlaması nəticəsində zəncirvarı qəzalar baş verib. Hadisə nəticəsində azı 20 nəqliyyat vasitəsi, o cümlədən bir yük avtomobili və iki mikroavtobus toqquşub. Nəticədə 20-yə yaxın insan xəsarət alıb, onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Qəzalarla əlaqədar magistralın həmin hissəsində hərəkət bir neçə saat ərzində tamamilə bağlanıb.
Meteorologiya Xidməti Brandenburqun qərbində və şimal-qərbində yolların buz bağlaması barədə xəbərdarlıq edib.
Buzlu yağış paytaxtın Berlinin hava limanının fəaliyyətinə də ciddi təsir göstərib. Belə ki, hava şəraiti uçuşlarda gecikmələrə və xeyli reysin ləğvi edilməsinə səbəb olub. Gün ərzində planlaşdırılan 180 uçuşdan günortaya qədər 35-i ləğv olunub. Daha sonra isə əlavə onlarla reys də təxirə salınıb.
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir





































