Avropa
Daha bir ölkədə uşaqlara sosial media qadağası - Layihə müzakirəyə çıxarılır
Almaniyanın hakim Xristian-Demokrat İttifaqı partiyasının qarşıdan gələn qurultayında 16 yaşından kiçik uşaq və yeniyetmələrə bəzi sosial şəbəkələrdən istifadənin qadağan edilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılması planlaşdırılır.
Publika.az xəbər verir ki, bu barədə "Berliner Morgenpost" nəşri məlumat yayıb.
Təklifin fevralın 20-21-də keçiriləcək partiya qurultayında nəzərdən keçiriləcəyi bildirilir.
Layihə müəllifləri qeyd edirlər ki, bu cür məhdudiyyətlər uşaqları internetdəki nifrət dolu çıxışlardan, təhqirlərdən, psixoloji təzyiqdən və zərərli məzmunların təsirindən qorumaq məqsədi daşıyır.
Qanun qəbul ediləcəyi təqdirdə, "Instagram", "Facebook" və "TikTok" kimi platformaların istifadəçiləri öz yaşlarını təsdiq etməli olacaqlar. Oxşar təşəbbüslər digər ölkələrdə də müşahidə olunur. Məsələn, yanvar ayında Böyük Britaniya hökumətinin də uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq və məktəblərdə smartfon qadağasına nəzarəti gücləndirmək üçün məsləhətləşmələr aparacağı bildirilmişdi.
Hüseyn İbadlı
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir





































