Avropa
Atadan qandonduran əməl - Qızına siçovul zəhəri verib ki...
Bavariyanın Regensburq şəhərində üç yaşlı qızına siçan zəhəri verərək onu öldürməyə cəhd edən 28 yaşlı şəxs hakim qarşısına çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
İstintaqın məlumatına görə, Əfqanıstan vətəndaşı olan Elias Q. aliment ödəməkdən boyun qaçırmaq üçün qızının ağzına alüminium fosfid tərkibli zəhər paketini zorla soxub. Maddəni udan uşağın vəziyyəti qəfildən pisləşsə də, anasının dərhal təcili yardım çağırması nəticəsində həkimlər körpənin həyatını xilas edə biliblər.
İttiham tərəfi bildirir ki, həmin şəxs cinayəti bir neçə həftə əvvəldən planlaşdırıb və internetdə zəhərlərin insan orqanizminə təsiri barədə araşdırmalar aparıb.
Təqsirləndirilən şəxs isə məhkəmədə öz günahını inkar edir.
Qedyd edəki ki, dünyanın digər ölkələrində də buna bənzər dəhşətli hadisələr qeydə alınır. Məsələn, Tailanda təmizlikçi qadın ev sahibinin körpəsini dezinfeksiyaedici vasitə ilə zəhərləməyə çalışıb, Rusiyanın Lipetsk vilayətində isə bir kişi keçmiş həyat yoldaşına civəli banan yedirtmək istəyərkən yaxalanıb.
Hüseyn İbadlı
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir





































