Avropa
Qapı bağlıdır: Avropa Türkiyə ilə bağlı qərarını açıqladı
Türkiyənin Avropa İttifaqına üzvlük danışıqlarına yenidən başlaması hazırda Aİ-nin gündəliyində deyil.
Publika.az xəbər verir ki, bunu Genişlənmə üzrə Avropa komissarı Marta Kos Ankaraya səfərindən əvvəl bildirib.
O, Avropanın "Politico" nəşrinə verdiyi açıqlamada deyib ki, "Ankaraya səfərim etimadın bərpasına və iqtisadi münasibətlərimizin hər iki tərəf üçün daha faydalı olmasının yollarını tapmağa yönəlib". Avropa komissarı əlavə edib ki, Aİ Türkiyə ilə "əlaqələrinə yeni baxış keçirməlidir", lakin danışıqları yenidən başlatmaq planları yoxdur.
Kosun sözlərinə görə, səfərin əsas məqsədi "Türkiyə ilə güclü tərəfdaşlıq qurmaq" olacaq. O hesab edir ki, "Ukraynadakı sülh, xüsusən də Qara dəniz bölgəsində Avropa reallıqlarını dəyişdirəcək" və buna görə də Ankara Brüssel üçün "çox vacib tərəfdaşa çevriləcək". Bundan əlavə, Avropa Komissiyası cümə günü Türkiyə, Mərkəzi Avropa ölkələri və Cənubi Qafqazla "Regionlararası Əməkdaşlıq Gündəliyinin İrəlilədilməsi" adlı bir araşdırma təqdim etməyi planlaşdırır.
Qəzetə verdiyi müsahibədə Türkiyənin Aİ-dəki səfiri Yaprak Balkan ölkə ilə icma arasındakı münasibətlərin "ortaq maraqlara əsaslanacağına" ümid etdiyini bildirib. O, həmçinin vurğulayıb ki, Türkiyənin Aİ-yə daxil olması bu münasibətlərin "yol göstəricisi" olaraq qalır.
Digər tərəfdən, Yunanıstan və Kipr Ankaranın müəyyən güzəştləri olmadan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına qarşıdırlar.
Tural
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir





































