Avropa
Yay tətili və dərs günləri azaldılır: Prezidentdən tövsiyə
Fransa prezidenti Emmanuel Makron məktəbdə yay tətilinin və gündəlik dərslərin sayının azaldılmasının zəruri olduğunu deyib.
Publika.az xəbər verir ki, onun fikirlərini yerli mətbuat yayıb.
"Hazırda paradoksal bir vəziyyətlə qarşılaşırıq: məktəb günləri çox sıx keçir və bu da, xüsusən də məktəbdən uzaqda yaşayanlar üçün yorğunluğa və stressə səbəb olur. Onlar səhər tezdən məktəbə gedirlər və axşam gec qayıdırlar. Bu, yorğunluğa səbəb olur. Eyni zamanda, bizim çox uzun tətillərimiz var - çox vaxt digər ölkələrə nisbətən daha uzun. Nəticədə, uşaqlar bu müddət ərzində öyrəndiklərinin bir hissəsini itirirlər", - Makron bildirib.
O, məktəb təqviminin daha balanslı olmasının lazım olduğuna inanır:
"Məktəblərin avqust ayında bir az tez başlaması və daha gec bitməsi mümkündür. Düşünürəm ki, bir aylıq tətil bəs olar".
O, bu ideyanın şagirdlər, onların valideynləri və müəllimlərlə əlavə müzakirələr tələb etdiyini söyləyib. Eyni zamanda, prezident bir çox ailənin bu cür tədbirləri dəstəklədiyini bildirib.
Qeyd edək ki, Fransada məktəb tətilləri ildə təxminən 16 həftə təşkil edir və bunun yarısı yay tətilini əhatə edir.
Adəm
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir





































