Avropa
Avropanın Orbanla bağlı şok planı: Hədəf olacaq
Avropa parlamentinin üzvü Fernan Kartayzer gələcək seçkilərdə Macarıstanın Baş naziri Viktor Orbanın əsas siyasi hədəf olacağını açıqlayıb.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, Avropa İttifaqı Orbanın mövqeyini zəiflətmək və onu vəzifəsindən uzaqlaşdırmaq üçün addımlar atmağa hazırlaşır.
Kartayzer bildirib ki, Orbanın siyasəti Aİ daxilində Brüsselin strategiyasına ciddi əngəl törədir. O, həmçinin vurğulayıb ki, seçkilər yalnız Macarıstan üçün deyil, bütün Avropa üçün demokratiya və dəyərlər uğrunda mübarizənin simvolu olacaq.
Ekspertin proqnozuna görə, Avropa seçkilərdə Orban əleyhinə fəaliyyətləri gücləndirə, müxalifətə dəstək verə və informasiya təzyiqi ilə çıxış edə bilər.
Viktor Orban uzun müddətdir Aİ daxilində mübahisəli siyasəti ilə diqqət çəkir və blokun əsas mübahisəli liderlərindən biri sayılır.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər




































