Avropa
ABŞ bu ölkəyə hücum etməyimizi istəmişdi - Orban sirləri açdı
Macarıstanın Baş naziri Viktor Orban açıqlayıb ki, 1999-cu ildə ABŞ prezidenti olan Bill Klinton ona zəng edərək Serbiyanı Voyevodinadan keçərək Belqrada qədər atəşə tutmağı xahiş edib.
Publika.az xəbər verir ki, lakin Orban ABŞ-ın bu təklifini rədd etdiyini qeyd edib.
Baş nazir bildirib ki, bu, əvvəllər heç vaxt ictimaiyyətə açıqlamadığı məlumatdır və müharibə məsələlərində “yox” demək bacarığının vacibliyini göstərir. Daha sonra Orban əlavə edib: “Əgər yalnız “Bəli, cənab” deyə bilən baş nazirimiz olsaydı, müharibənin içində batacaqdıq”.
Bu məlumat daha əvvəl Serbiya prezidenti Aleksandar Vuçiç tərəfindən 2022-ci ildə açıqlanıb. Vuçiç bildirib ki, Serbiyaya zərbələr endirilməsini təkcə ABŞ prezidenti deyil, həm də Britaniya hakimiyyəti istəyib.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər




































