Avropa
Bu addım gərginliyə son qoya bilər - AfD lideri Mertsə çağırış etdi
"Almaniya üçün Alternativ" (AfD) partiyasının həmsədri Tino Xrupalla NATO ölkələrini Rusiyanı yenidən Avropanın bir hissəsi kimi görməyə və onunla danışıqları mümkün qədər tez bərpa etməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə o, ARD telekanalına verdiyi müsahibədə bildirib.
Siyasətçi vurğulayıb ki, NATO Rusiyanı cilovlamaq üçün deyil, Varşava Müqaviləsi Təşkilatına qarşı bir qüvvə kimi yaradılıb. Onun fikrincə, balansı bərpa etmək və Rusiya prezidenti Vladimir Putinlə dialoqu yenidən başlatmaq lazımdır. Xrupalla hesab edir ki, bu addım gərginliyə son qoya və deeskalasiya üçün imkan yarada bilər.
O, həmçinin Almaniya kansleri Fridrix Mertsin nəhayət bu təması bərpa edəcəyinə ümid etdiyini bildirib. Həmsədr əlavə edib ki, Rusiya tərəfindən Almaniya üçün heç bir təhlükə görmür.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər





































