Avropa
Dünya səksəkədə: Makronun hər şeyi kökündən dəyişəcək çıxışı gözlənilir
Fransa Prezidenti Emmanuel Makron fevralın sonunda ölkənin nüvə doktrinası ilə bağlı geniş nitq söyləyəcək.
Publika.az xəbər verir ki, bu barədə "Politico" mənbələrinə istinadən məlumat yayıb.
"Makronun çıxışı "dönüş nöqtəsi, yeni mərhələ" olacaq", deyən mənbə əlavə edib ki, Makron "Fransanın qərarını açıqlayarkən başqalarının onun çəkindirmə tədbirlərindən necə faydalana biləcəyini" izah edəcək.
Avropa rəsmiləri hesab edirlər ki, Fransanın qətiyyətini nümayiş etdirməsinin təsirli yollarından biri Fransa komandanlığı altında nüvə silahı daşıya bilən "Rafale" qırıcı təyyarələrini Avropa ölkələrinə yerləşdirmək olardı.
"Əgər onlar həqiqətən ciddidirlərsə, biz bu məsələni tərəfdaşlarımızla müzakirə etməyə hazır olmalıyıq", - deyə Avropa Parlamentinin Müdafiə Komitəsinin üzvü Lyuçiya Yar bildirib.
Bundan əlavə, Şimali Atlantika Alyansı ümid edir ki, qeyri-müəyyənlik Parisi alyansın nüvə planlamasında iştirak etmək istəməməsini yenidən nəzərdən keçirməyə vadar edəcək və bu da digər müttəfiqlərə münaqişə vəziyyətində Fransanın onları necə qoruya biləcəyini anlamağa imkan verəcək.
NATO diplomatlarından birinin sözlərinə görə, Paris bu ehtimalı "nəzərdən keçirməlidir və keçirəcək".
Adəm
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər





































