Avropa
Kral və şahzadə arasında gərginlik: Sarayda nə baş verir?
Böyük Britaniya kralı III Çarlz ilə varisi arasında münasibətlər gərginləşib.
Publika.az xəbər verir ki, "Cosmopolitan" bu barədə Bukingem Sarayından gələn yeni məlumatlara istinad edib.
Saraya yaxın mənbələr iddia edirlər ki, kral ilə Uels şahzadəsi arasında gərginlik pik həddə çatıb və hər iki tərəf bir-birinə qarşı "əsl qəzəb" yaşayır. Məlumata görə, münaqişə Şahzadə Uilyamın atasının "Harmoniyanı tapmaq: Kralın vizyonu" sənədli filminin Vindzor qəsrində nümayişini qəsdən görməzdən gəlməsindən sonra daha da şiddətlənib. Bildirilir ki, hazırda onlar bir-biri ilə danışmırlar.
III Çarlzın şahzadə Uilyamla Şahzadə Harridən daha çox problemi olduğu deyilir. Çünki sonuncu emosional və proqnozlaşdırıla bilən, taxtın varisi isə hesablayıcı və inadkardır.
Mübahisənin əsas səbəbi təsir və güc uğrunda mübarizədir.
"Onlar bir-birinə çox bənzədikləri üçün toqquşurlar. Hər ikisi haqlı olduğuna inanır. Heç biri asanlıqla təslim olmur", - deyə məlumatda qeyd olunub.
Adəm
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər





































