Avropa
Maaşlar az, kommunal xərclər yüksək - Avropa ölkələrində etiraz dalğası böyüyür
Avropa ölkələrini etiraz dalğası bürüyüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyada dövlət qulluqçuları, İspaniyada fermerlər, İtaliyada isə olimpiadanın əleyhdarları küçələrə axışıblar.
Almaniyada ən böyük həmkarlar ittifaqı dövlət sektorunda çalışanları əmək haqqının artırılmasını tələb etməyə çağırıb. Etirazlarda həkimlər, yanğınsöndürənlər, müəllimlər, uşaq bağçası işçiləri və polis əməkdaşları iştirak edir. Etirazçılar istilik, elektrik enerjisi, su və uşaqların təhsili üçün gündəlik xərclərin artmasından şikayət edirlər.
İspaniyada isə Brüsselin ticarət siyasəti etirazlara səbəb olub. Madriddəki fermerlər yenidən küçələrə çıxaraq Cənubi Amerika bloku Merkosur ilə müqavilənin yenidən nəzərdən keçirilməsini və kənd təsərrüfatı sektoruna maliyyələşdirmənin artırılmasını tələb ediblər.
Bundan əvvəl İtaliyada minlərlə insan XXV Qış Olimpiya Oyunlarının açılış günündə Milanda yarışlara qarşı etiraz aksiyası keçirib.
Qeyd edək ki, iqtisadi tələblər, Avropa hakimiyyət orqanlarının qərarlarından narazılıq bir sıra Aİ ölkələri üçün ortaq gündəmə çevrilib.
Adəm
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər

























.jpg)









