Avropa
Merts narahatdır - Merkel prezident postuna namizəd olacaq?
Almaniyanın keçmiş kansleri Angela Merkelin ölkə prezidenti postuna namizədliyinin irəli sürülməsi barədə xəbərlər həqiqəti əks etdirmir.
Publika.az xəbər verir ki, siyasətçinin mətbuat katibi "Tagesspiegel" nəşrinə açıqlamasında bu iddiaları "absurd" adlandırıb.
"Bild" tabloidinin Almaniya Xristian-Demokrat İttifaqı (XDİ) rəhbərliyindəki anonim mənbəyə istinadən yaydığı məlumatda qeyd olunurdu ki, "Yaşıllar" partiyası 2027-ci ildə keçiriləcək prezident seçkilərində 71 yaşlı Merkelin namizədliyini nəzərdən keçirir. İddiaya görə, bu şayiələr XDİ daxilində, xüsusən də partiya rəhbəri Fridrix Mertsdə narahatlıq yaradıb.
Almaniya tarixində indiyədək heç bir keçmiş kansler federal prezident postunu tutmayıb. Hazırda bu vəzifəni ikinci və sonuncu müddətinə seçilmiş Frank-Valter Ştaynmaer icra edir. Onun xələfinin seçilməsi 2027-ci ilin əvvəlinə, ən geci isə fevral ayına planlaşdırılıb.
Politoloq Vadim Truxaçev hesab edir ki, Merkelin mümkün namizədliyi barədə xəbərlər Fridrix Merst üçün gərgindir, çünki onun fonunda Mersts "solğun" görünür. Ekspertin fikrincə, əgər keçmiş kanslerin namizədliyi irəli sürülərsə, bu, yalnız Almaniya siyasətində "başqa heç kimin olmaması" səbəbindən baş verə bilər.
Hüseyn İbadlı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!




































