Avropa
NATO ölkələri Ukrayna ilə bağlı kritik qərar verdilər
NATO-nun Ukrayna üzrə "Ramşteyn" formatındakı təmas qrupuna daxil olan ölkələr Ukraynaya əlavə 35 milyard dollar vəsait ayırmaq barədə razılığa gəliblər.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Heli qrupun iclasından sonra məlumat verib.
"Təmas qrupunun bugünkü iclasında biz Ukraynaya ümumilikdə 35 milyard dollar dəyərində yeni hərbi yardım ayıracağımıza söz verdik", - deyə nazir vurğulayıb.
"Ramşteyn" formatı Kiyevə gələcək hərbi yardımları müzakirə edən beynəlxalq koalisiyadır. Bu platformada 50-dən çox dövlət - NATO-nun bütün üzvləri, Avropa İttifaqı ölkələrinin əksəriyyəti, həmçinin Afrika və Asiyadan olan müttəfiqlər iştirak edir. Təmas qrupu və onun aylıq görüşləri öz adını Almaniyadakı eyniadlı aviabazadan götürüb; iştirakçıların ilk görüşü məhz orada 26 aprel 2022-ci ildə keçirilib.
Hüseyn İbadlı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!




































