Avropa
Merkel prezident ola bilər, amma bir şərtlə
Almaniyanın keçmiş kansleri Angela Merkel prezident ola bilər.
Publika.az xəbər verir ki, bunu almaniyalı jurnalist və politoloq Aleksandr Rar deyib.
Ekspert Merkeldən əlavə, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin də prezidentliyə namizəd ola biləcəyini qeyd edib.
Rar qeyd edib ki, Merkellə bağlı proseslər hakim koalisiyanın Bundestaqda çoxluq təşkil etməməsi səbəbindən çətinləşə bilər. Nəticədə, onun namizədliyinin irəli sürülməsi üçün Yaşıllar kimi digər partiyaların dəstəyinə ehtiyac yaranacaq.
Eyni zamanda, politoloq xatırladıb ki, Almaniyada prezident vəzifəsi əsasən təmsilçilik xarakteri daşıyır və real icraedici səlahiyyətlər vermir.
Keçmiş kanslerin rəsmi ofisi artıq Merkelin prezidentliyə namizəd olmaq niyyətində olmadığını bildirib.
Xatırladaq ki, Angela Merkel 2005-2021-ci illərdə Almaniyanın Federal Kansleri olub.
Adəm
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı


























.jpg)









