Avropa
Təyyarədə dəhşətli dava - 2 nəfər ömürlük cəza aldı(Video)
İki sərnişin "Jet2" aviaşirkətinin təyyarəsində dava saldığı üçün onlara uçuşla bağlı ömürlük qadağa qoyulub.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Nəşr qalmaqallı insidentin videosunu da yayıb.
Hadisə fevralın 12-də Antalyadan Mançesterə uçan təyyarədə baş verib. Sərnişinlərin sözlərinə görə, spirtli içki qəbul edən kişilərdən biri irqçi çıxışlar etməyə başlayıb, hətta siqaret də əldə etmək istəyib.
Ona qanuni şəkildə rədd cavabı verildikdən sonra kişi aqressivləşib. Kəskin ifadələ görə əsəbləşən sərnişinlərdən biri onunla dava edib. Daha sonra isə digər sərnişinlər də davaya qarışıb.
Kabinədə baş verən kütləvi dava səbəbindən pilotlar təcili eniş etmək qərarına gəliblər. Təyyarə Brüssel hava limanına endikdən sonra polis hər iki kişini saxlayıb və qayda-qanunu pozanları uçuşdan uzaqlaşdırıb.
"Təyyarə uçuşa davam edib və yerli vaxtla gecə yarısı Mançesterə enib. "Jet2" isə qaydaları pozanlara bilet almaqla bağlı ömürlük qadağa qoyub",- nəşr yazıb.
Tural
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı


























.jpg)









