Avropa
"Sülh mümkün olmayan bir qapını açdı"
Keçmişdə Qara dənizi və ya Xəzər dənizini daha çox bizi ayıran sədd kimi qəbul etmişik. Sülh layihələri və Ermənistanla Azərbaycan arasındakı sülh sanki mümkün olmayan bir qapını açdı.
Publika.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib. O, Avropa İttifaqı tərəfindən ciddi şəkildə dəstəklənən bu sülh layihəsində liderliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
“Bəli, biz yeni bir struktur qururuq. Bu, Avropa ilə Çin arasındakı bütün digər marşrutları unudacağımız mənasına gəlmir, amma şaxələndirməyə diqqət yetirməliyik. Ən uyğun olan yolları seçəcəyik ki, qısa müddətdə daha çox yük təmin etmək mümkün olsun. Trans-Xəzər nəqliyyat dəhlizi 2030-cu ilə qədər daşınma həcmini üç dəfə artıra, tranzit müddətini yarıya endirə və ildə on milyonlarla xərcə qənaət edə bilər. Bu, həm də biznes üçün ən böyük cəlbedici amillərdən biridir”, - deyə Marta Kos bildirib.
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!




































